Hamamda edilən bu səhv ölümə aparır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay aylarında edilən bu xəta ölümə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, havanın isti keçdiyi günlərdə çoxları sərinlənmək üçün buz kimi su ilə duş qəbul edir, lakin mütəxəssislər bu üsulun düşündüyümüz qədər təhlükəsiz olmadığını bildirirlər.
Lancaster Universitetindən professor Adam Taylor deyib ki, yay istisində bədəni soyutmaq məqsədilə soyuq duş almaq, əksinə, istiliyi bədənin daxilində saxlayaraq orqanizmi aldadır. Bu da xüsusilə yüksək təzyiq və ürək xəstəlikləri olan insanlar üçün ciddi təhlükə yaradır.
İnsan bədəni öz təbii istiliyini - təxminən 37°C-ni qorumaq üçün tərləmə və istilik yayımı ilə çalışır. Bu proses zamanı dərialtı damarlar genişlənir, qan səthə yönəlir və istilik xaricə ötürülür. Lakin ətraf mühit bədən istiliyindən daha isti olduqda, bu mexanizmlər zəifləyir və yanlış sərinlənmə üsulları daha da zərərli ola bilər.
Taylor bildirib ki, isti mühitdən çıxıb qəfildən soyuq suyun altına girmək orqanizmdə "şok effekti" yaradır. Soyuq su dərialtı damarları daraldır, qan axınını azaldır və bədən daxilində istiliyi "kilidləyir". Bu isə orqanizmin sərinləməsinə əngəl törədir.
15°C ətrafında olan su isə "soyuq şok reaksiyası"na səbəb ola bilər. Bu vəziyyətdə damarlar qəfildən daralır, qan təzyiqi yüksəlir və ürəyə yük düşür. Ürək xəstələri üçün bu vəziyyət ölümcül nəticə doğura bilər.
Bu tip reaksiyalar nadir hallarda baş versə də, mütəxəssislər yay aylarında çox soyuq su ilə duş almaqdan çəkinməyi tövsiyə edirlər. Taylor bildirir ki, ən təhlükəsiz və effektiv üsul - 26-27°C-lik ilıq su ilə duş almaqdır. Bu həm qan axınını artırır, həm də bədəni təhlükəsiz şəkildə soyudur.
Soyuq duşun başqa bir mənfi tərəfi isə gigiyenadır. Belə su bədəndəki yağ, tər və çirk qatlarını kifayət qədər təmizləyə bilmir, bu da pis qoxu, sızanaq və dəri problemlərinə yol açır.
Əgər hər halda soyuq su ilə duş almaq istəyirsinizsə, mütəxəssislər əvvəlcə əllər və ayaqlardan başlayaraq bədəni tədricən öyrəşdirməyi məsləhət görürlər. Bu üsul vücudu şoka salmadan sərinlənməyə imkan verir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir





