Ölkə

Bakı sakini telefon almaq istədi, dələduzluğun qurbanı oldu - VİDEO

5 İyul 2025 00:39
Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Sabunçu qəsəbəsinin sakini Sona Bağırova və onun yenityetmə oğlu telefon almaq istəyərkən dələduzluqla üzləşiblər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, şikayətçi deyir ki, telefon almaq üçün instaqramdakı bir satış səhifəsinə müraciət edib.

Ana-oğul səhifəni işlədənlərin onlardan istədikləri pulu ödəyib. Onlara telefonun sifariş edildiyi və poçtla göndəriləcəyi deyilsə də, vədə əməl olunmayıb.

Şikayətçi dələduzların tapılmasını, onlar barəsində tədbir görülməsini istəyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən bildirildi ki, vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır. Nazirlikdən o da qeyd edildi ki, vətəndaşlar bu kimi hallarla üzləşməmək üçün internet resurslarında alqı-satqı zamanı diqqətli olmalıdırlar. Vətəndaşlara internet resurslarında alqı-satqı zamanı əmlaka və ya məhsula baxış keçirmədən qarşı tərəfə ödəniş edilməməsi, saxta cəlbedici kampaniyalara və şirnikləndirici təkliflərə qarşı diqqətli olmaları tövsiyə olunur.  

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.