Rusiya

Rusiyada iki azərbaycanlı barədə qərar verildi - FOTO

5 İyul 2025 11:55
Baxış: 1 086
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Orenburq şəhər məhkəməsi "Zaur Naxçıvanski" kimi tanınan azərbaycanlı Zaur Şipilov barəsində həbs qətimkan tədbiri seçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iyulun 2-də saxlanılan şəxs ən azı sentyabrın 3-nə qədər həbsdə qalacaq.

40 yaşlı Zaur Şipilov Rusiya Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında yüksək vəzifə tutma) maddəsi üzrə ittiham olunur. Onun tanınmış azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğlu olması bildirilib. 

Bundan başqa, iyulun 4-də Rusiyada daha bir azərbaycanlı Vaqif Süleymanovun ("Vaqif Bakinski") saxlanılması barədə məlumat yayılıb.

"Kommersant" həmin şəxsin Rusiyada miqrasiya qaydalarını pozduğuna görə tutulduğunu yazıb. Süleymanov Saxarovodakı miqrasiya mərkəzinin xüsusi təcridxanasına aparılıb. O burada 3 ay saxlanıldıqdan sonra Azərbaycana deportasiya ediləcək.

Qeyd edək ki, hər iki şəxsin "qanuni oğru" kimi tanındığı deyilir. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.