"Yeni Vanqa"nın proqnozu dünyanı dəhşətə gətirdi: 5 iyul 2025-ci il Qiyamət günü...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yeni Vanqa" Ryo Tatsuki kitabının 5 iyul 2025-ci il tarixində Qiyamət günü ilə bağlı yenilənmiş versiyasında qəribə və qorxulu proqnoz verib.
Milli.Az bildirir ki, onun yeni nəşrinə görə, məhz bu gün Yaponiyada böyük fəlakət baş verəcək.
Tatsuki nə baş verəcəyini dəqiqləşdirməsə də, onun bəyanatı daha sonra viral olub. Tarix aktiv şəkildə müzakirə edilir və sosial şəbəkələrdə paylaşılır. Qeyd edilir ki, həyəcanverici peyğəmbərlik Yaponiyada və ondan kənarda ciddi narahatlıq doğurub.
Sosial media çaxnaşma içindədir, səyahətçilər ehtimal edilən hadisədən həftələr əvvəl səfərlərini ləğv edirlər. Proqnozun qeyri-müəyyən olmasına baxmayaraq, Tatsukinin əvvəlki peyğəmbərliklərinin gerçəkləşməsi çoxlarını qorxudur.
"Yeni Vanqa" Ryo Tatsuki kimdir?
Ryo Tatsuki yuxuya əsaslanan peyğəmbərlikləri sənətlə birləşdirməklə məşhurlaşıb. O, əvvəllər COVID-19 pandemiyası, şahzadə Diananın ölümü və 2011-ci ilin martında Tohoku zəlzələsi və sunami də daxil olmaqla bir sıra mühüm hadisələri proqnozlaşdırıb.
Kitabının 2021-ci il buraxılışında o, 5 iyul 2025-ci ildə Yaponiyada "böyük fəlakət"in baş verəcəyini proqnozlaşdırıb. Qeyri-müəyyən ifadələrə baxmayaraq, peyğəmbərlik xüsusilə sosial mediada geniş şəkildə paylaşılıb. Zaman keçdikcə onun kitabları populyarlıq qazanıb.
Bir çox yaponlar onun proqnozuna maraqla, həm də həyəcanla reaksiya verirlər. Ölkədə baş verə biləcək böyük faciə xəbərdarlığının özü xüsusilə turistlərdə qorxu yaradıb.
Səyahətçilər Yaponiyaya səfərlərini ləğv edirlər
Artıq iqtisadi təsir hiss olunur. "Bloomberg Intelligence"in təhlilinə görə, iyulun əvvəlində səyahət sifarişləri kəskin şəkildə azalıb. Honq-Konqdan otel və uçuş sifarişləri 50 faizdən çox azalıb. Vyetnam, Tailand və Çindən isə 83 faizə qədər azalıb. Pandemiyadan hələ də özünə gəlməyə çalışan Yaponiyanın turizm sənayesi ciddi zərbə alıb.
Artan çaxnaşma fonunda Yaponiya rəsmiləri sakitliyə çağırır. Miyaqi prefekturasının qubernatoru Yoşihiro Murai deyib: "Narahat olmağa heç bir əsas yoxdur, yaponlar xaricə qaçmır. Ümid edirəm ki, insanlar şayiələrə inanmayacaq və bura gəlməyə davam edəcəklər". /Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ev ailənin kiçik övladına qalır?
-
Aysun İsmayılova: "Övladım xəstələnəndə ona çarə tapa bilmədiyim üçün ağlamışam"
-
Bakının bu qəsəbəsində torpaq alanlar 5 ilə varlanacaq
-
Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqləyib
-
Ülviyyə Xəlilbəyli: "İnsan özü yaşayarkən, keçmişinin yasını tutur" (Foto)
-
Həsən ölümündən əvvəl hansı xəbərlə ailəsini sevindirmişdi?
-
Xalq artisti: “Nəvəmin müğənni olmasına icazə vermərəm"
-
Ramiz Mehdiyev evindən məhkəməyə qoşuldu, qızı da dindirildi
-
"Ziraat Bank Azərbaycan" X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib! - (Foto)
-
Qara Cümə endirimləri başladı: Azərbaycanlılar ən çox nəyə pul xərcləyir? - Araşdırma
-
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
-
Makronu “cənab Şantaj” adlandırdılar
-
Meymunlar Tac-Mahalı zəbt etdi - (Video)
-
7 gün itkin düşən yaşlı qadın torpaq yeyərək sağ qaldı (Video)
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bu halda avtomobiliniz birbaşa duracağa aparılacaq
-
Röya Ayxan gəlinlərinə təriflər yağdırdı (Video)
-
Bella Hadidin illərdir gizlətdiyi xəstəlikləri - İlk dəfə açıqladı
-
Əməkdar artist: “Heç kimi rəqib hesab etmirəm”
-
Bakıya 3 gün leysan yağacaq
-
Keçmiş islandiyalı futbolçu 37 yaşında öldü
-
12 il həbs cəzası almış Vilyam Hacıyev niyə vaxtından əvvəl azad edildi?
-
80 kilodan 45 kiloya düşən Nigar İbrahimova arıqlama sirrini açıqladı (Video)
-
"Həmin şəxs evli olsa da, aparıcının anası ilə qeyri-rəsmi münasibət yaşayıb, ev də onun imiş"





