Dünya

Kiyevdə əhali metroya sığındı - VİDEO

5 İyul 2025 12:23
Baxış: 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya ordusunun artan hava hücumları nəticəsində Kiyev sakinləri gecələrini evlərində deyil, şəhərin metro stansiyalarında keçirməyə başlayıblar. 

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, 2022-ci ildə Moskvanın işğalı başlayandan bəri belə bir vəziyyətlə üzləşməyən şəhər əhalisi indi təhlükəsizlik naminə yeraltı sığınacaqlara üz tutur. 

Kiyev meri Vitali Kliçko açıqlayıb ki, müxtəlif istiqamətlərdən yaxınlaşan PUA səbəbindən şəhərdə hava hücumundan müdafiə qüvvələri işləyir. O, şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb.

Son günlərdə Rusiya Ukraynaya qarşı 539 pilotsuz uçan aparat və 11 raketlə indiyədək ən böyük hücumlarından birini həyata keçirib. 

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.