Milli.Az ICTnews-a istinadən bildirir ki, qeyri-rəsmi məlumatlara görə, televizor Samsung və Intel şirkətlərinin birgə səyi nəticəsində ərsəyə gəlib.
Təqdim edilən Samsung Tizen TV istifadəçinin əl hərəkətləri əsasında komandalar ala bilən uzaqdan idarəetmə sisteminə də malikdir. Qurğuda həmçinin tiplər - əlavə, musiqi, TV, foto, video və s. üzrə kontenti təşkil edən intellektual menyu yer alıb. Bundan başqa, Tizen TV-nin pultundan oyunların böyük ekranda nümayişi üçün istifadə etmək olar.
Həmçinin bildirilir ki, yeni televizor Samsungun digər qurğuları, o cümlədən smartfon və planşet kompüterlərlə əlaqəli işləyir.
Milli.Az