Bildiyimiz kimi, mobil operatorlar artıq nömrə daşınma xidmətini tətbiq etməyə başlayıblar. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, indi abonent istifadə etdiyi nömrəsini başqa şirkətin abunəçisi kimi də istifadə edə bilər.
Nə zaman nömrə daşınması mümkün deyil?
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin hələ ötən ildən təsdiq etdiyi qaydalara əsasən, mobil telefon nömrəsinin bir operator şəbəkəsindən digər şəbəkəyə daşınması abunəçinin müraciəti əsasında 6 gün müddətində həyata keçirilir. Abunəçinin hesabında borc varsa, nömrənin daşınması ilə bağlı şəxsi məlumatlar natamamdırsa, daşınması tələb olunan nömrənin abunəçiyə aidliyi sübut edilmirsə, nömrənin bir şəbəkədən digər şəbəkəyə daşınması mümkün olmaya bilər.
Şərtlər
Daşınması tələb olunan nömrə mövcud olduqda və nömrə daşınması üçün təqdim olunmuş ərizə və sənədlər düzgün olduğu halda abunəçi istifadə etdiyi şəbəkə operatoru ilə müqaviləni dayandırır və şəbəkəsinə keçmək istədiyi operatorla müqavilə bağlayır. Abunəçinin müqaviləsi, başqa sənədləri mərkəzi baza sisteminə daxil edilir. Daşınmış nömrənin digər şəbəkəyə yenidən daşınması, sonuncu nömrə daşınması tarixindən 3 (üç) ay müddət keçdikdən sonra yerinə yetirilə bilər. Buna görə də abunəçilərin şirkətləri dəyişərkən hərtərəfli düşünməsi, mobil operatora qarşı olan tələblərini, almaq istədiyi xidmət səviyyəsini, tarifləri, servis çeşidini özü üçün müəyyən etdikdən sonra qərar verməsi tövsiyə olunur.
Hər şeyin təzəsi, nömrənin köhnəsi...
Mobil Nömrələrin daşıma sistemi abunəçilər üçün çox müsbət şərait yaradır.
Yuxarıda sadalanan bütün məsələlər aydındır. Amma eyni zamanda abunəçilərə qaranlıq qalan bir neçə məqam da var. "Qafqazinfo" da oxucular və ictimaiyyət üçün aydın olmayan bir neçə məqamı araşdırıb.
Birincisi, nömrə daşınma xidməti o demək deyil ki, sən nömrəni dəyişirsən. Belə ki, sizin nömrəniz 051-lə (070,055,071) başlayırsa, siz bu xidmətdən istifadə edib başqa operatora keçirsiniz. Bu zaman siz yenə də əvvəl istifadə etdiyiniz nömrədə qalırsınız, yəni tutaq ki, Bakcell-dən Azercell-ə, və ya Azercell-dən Bakcell-ə keçirsizsə, nömrənizin əvvəlindəki kod dəyişmir.
İkincisi, nömrə daşınması həyata keçirildikdən sonra prefikslərlə nömrənin hansı operatora aid olmasını təyin etmək mümkün deyil. (077, 070, 055, 051, 050 ilə başlayan Azercell, Narmobile, Bakcell operatorları ola bilər). Operatorların qarşı tərəfin bunu necə müəyyənləşdirəcəyi ilə bağlı məsələ isə ictimaiyyətə açıqlanmayıb.
Azercell şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Qafqazinfo-ya bildiriblər ki, nömrə daşınması xidmətindən istifadə edən şəxs müvafiq qaydalara əməl edir. Yəni kim nömrəsini məsələn, Azercell ola-ola başqa tarifə daşıyıbsa, qaydalar yalnız ona aiddir.
Tutaq ki, nömrəniz 070-lə başlayırsa, yeni xidmətdən istifadə edib Azercell-ə keçmisinizsə, sizə zəng vuran şəxslərin narahatlığına heç bir səbəb yoxdur. Çünki bu, yalnız nömrə daşıyan tərəfə aiddir, zəng edən tərəf isə hansı operatora məxsus olan abonentə zəng vurubsa, o miqdarda kontur xərcləyəcək.
Əgər hər iki abunəçinin nömrəsi daşınmış olarsa, bu zaman siqnal səsi eşidiləcək. Abunəçiyə aydın olacaq ki, qarşı tərəf də nömrə daşınma xidmətindən istifadə edib".
"Qafqazinfo"
Texnologiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Nömrələrin daşınması haqda nə bilirik?
15 Fevral 2014 12:56
1 Şərh
Baxış: 4 232

DİGƏR XƏBƏRLƏR
-
Ən çox işıq pulu yazan cihazlar - Borc çox gəlsin istəmirsinizsə...
-
"WhatsApp" may ayından bu 3 cihazdan silinir
-
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
-
Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər
-
Telefonunuzda bu proqramlar varsə, pulunuz oğurlana bilər - DİQQƏT
-
"Apple" artıq bu ölkədə istehsal olunacaq
XƏBƏR LENTİ
-
Rusiyanın ən çox qonorar alan müğənnisi odur
-
Cərrah 20 sm aləti xəstənin qarnında yaddan çıxartdı
-
"Mənim ayağımda olan hörmət çoxunun başında yoxdur"
-
Qayınana-gəlin probleminə çarə tapıldı
-
İbrahim Borçalı toy qiymətini AÇIQLADI
-
Ərdoğan Azərbaycana səfər edəcək
-
Heç cür idmana başlaya bilməyənlər üçün üsullar
-
"Eşref Rüya" izləyicilərinin diqqətinə
-
Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
-
Yeni müharibə başlayır? - AÇIQLAMA
-
Günün qoroskopu: Emosional məsuliyyətlər sizi sıxa bilər
-
Rus generalın öldürüldüyü həmin maşın azərbaycanlıya satılıbmış - TƏFƏRRÜAT
-
Ağsuda ağır qəza - yaralılar var
-
Azərbaycanlı müğənnilərin toyudur - FOTO
-
Oturduğunuz yerdə arıqlayacaqsınız - 1 həftəyə 5 kilo
-
Bakıda yol üstündə dava: Ürəyindən bıçaqlandı - yenilənib - VİDEO
-
Qaraciyərin dostu, ürək xəstəliklərinin düşməni olan tərəvəz - Bazarlarda alan yoxdur
-
Pike sevgilisindən ayrıldı - FOTO
-
Tramp Zelenski ilə görüşə bilər
-
"Real Madrid" "El Klasiko"da oynamaqdan imtina edir
-
Ən çox işıq pulu yazan cihazlar - Borc çox gəlsin istəmirsinizsə...
-
İstanbul yenidən silkələndi
-
Müəllimlərin repetitorluğu ləğv olunur?
-
Bu da “Qəbələ”nin çempionluq sevinci - VİDEO