Texnologiya

Qanunu pozan superkompüter hazırlandı

30 Yanvar 2014 21:55
0 Şərh     Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
MITRE korporasiyasının və Harvard Universitetinin fənlərarası alim və mühəndislər qrupu Mur Qanununu pozan ultrakompakt hesablama sistemi hazırlayıblar. Kəşfin prinsipi ondan ibarətdir ki, qurğuda elementlər sıxlığı və kompüterlərin hesablama gücü hər iki-üç ildə iki dəfə artır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, on ildən sonra müasir elektron qurğuların məhsuldarlığı ən yüksək həddə çatacaq və bu zaman yeni era - nanoelektronika erası başlayacaq.

Mütəxəssislər PNAS jurnalında məqalə dərc edərək eksperimenti təsvir ediblər. Qısa müddət ərzində onlar çox nazik miniatür idarəetmə kompüteri hazırlamağa nail olublar. Fiziklər qeyd edirlər ki, bu, indiyədək yaradılan ən sıx nanoelektron sistemdir.

Qurğu nanoFSM (nanoelectronic finite-state machine - son nanoelektron kompüter) adlanır. Kompüter miniatürlüyü (ölçüsünə görə insan neyronu ilə müqayisə edilə bilər) ilə yanaşı, az enerji sərf etməsi, yüzlərlə nanosim tranzistorlardan ibarət olması ilə seçilir ki, onların da hər biri insan saçından on min dəfə nazikdir.

Tərtibatçılar kompüterin enerji toplaması haqqında söhbət açaraq bildiriblər ki, qurğudakı hər ötürücü tranzistor hətta elektrik enerjisi olmadan belə yandırılma və söndürülmə vəziyyətini yadda saxlayır.

nanoFSM-də naqil tranzistorları bir neçə mikroskopik plitka ardıcıllığında yığılıb. Bu plitkalar bütün kompüter üzrə elektrik impulsu ötürərək hesablama prosessorlarının işini və siqnalların emalını təmin edir. Belə mini-prosessorlar təkcə çevik istifadəçi elektronikası üçün deyil, həm də mikroskopik biotibbi ötürücü implantların və ya həşərat böyüklüyündə robotların yaradılmasında əvəzedilməz ola bilər.

Texnologiya ilk dəfə deyil təqdim olunur. Belə ki, 2011-ci ildə bu mütəxəssislər qrupu elementar hesablamalar apara bilən nanotranzistorlardan ibarət ilk plitkanı nümayiş etdirib. Hazırda isə daha mürəkkəb vəzifələri yerinə yetirə bilən tam funksionallı prosessor istifadəyə hazır vəziyyətdədir.

Texnologiyanın sirri ilk növbədə prosessorun qeyri-standart üsulda yığılmasındadır. Adətən litoqrafiya üsulları yuxarıdan aşağı komplektləşdirməni - daha kiçik elementlərin daha böyük konstruksiyalardan hazırlanmasını nəzərdə tutur. Harvard mühəndisləri ilk dəfə aşağıdan yuxarı (bottom-up) yığma üsulunu tətbiq ediblər: böyük konstruksiya kiçik tərkib hissələri sayəsində genişlənir və bu zaman nanoFSM-in eyni anda əvvəlcədən verilmiş dizayna uyğun bir neçə nüsxəsi hazırlanır.

Mur Qanununa əsasən, belə texnologiyalar olmadan müasir elektronika bir neçə ildən sonra Yer üzündən yox ola bilər. Belə ki, sıxlıq və məhsuldarlığın ən yüksək həddinə çatan hesablama sistemləri bir yerdə donub qalacaq. Bu səbəbdən nanoFSM tərtibatçıları əmindirlər ki, məhz nanoprosessor kimi qurğular elektronikanın gələcəyində ilk addım olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.