Texnologiya

Onların populyarlığı sürətlə artır

30 Yanvar 2014 18:58
0 Şərh     Baxış: 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABI Research şirkətinin analitikləri tərəfindən hazırlanmış hesabata əsasən, ötən il 2012-ci illə müqayisədə dünyada ultrabukların populyarlığı təxminən 2 dəfə artıb: 2013-cü ildə satılmış 182,7 milyon noutbukun 12,3%-i məhz ultrabukların payına düşüb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ötən il bir ultrabukun orta qiyməti 1200 dollar təşkil edib və əsas əməliyyat sistemi qismində Windows 8 və yenilənmiş Windows 8.1 olub.

Analitiklər bu il LTE modemlə təchiz edilmiş xeyli sayda ultrabuk istehsalını proqnozlaşdırırlar. Bu qurğuların sonrakı populyarlaşması qiymətinin azalmasından çox asılı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.