İlon Maskın gizli Mars planı - Yer kürəsini Mars üçün sınaq meydanına çevirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İlon Maskın ard-arda yeni şirkətlər qurması və ya satın alması uzun illərdir müzakirə mövzusudur.
Milli.Az xəbər verir ki, bəzi məqamları yan-yana gətirdikdə onun məqsədinin Mars olduğu anlaşılır.
TESLA: Tesla avtomobilləri sadəcə Yer kürəsini xilas etmək üçün istehsal olunmur. Mars atmosferində oksigen yoxdur. Bu isə o deməkdir ki, daxili yanma mühərrikləri orada işləyə bilməz. Nəticə olaraq Marsda bütün nəqliyyat məcburən elektrikli olmalıdır.
Hətta çoxlarının dizaynına görə tənqid etdiyi Cybertruck belə təsadüfi deyil. Paslanmayan polad gövdə, sərt və bucaqlı forma Yer yolları üçün yox, Marsın ekstremal relyefi üçün düşünülmüş ola bilər.
SolarCity: Günəş panelləri sadəcə yaşıl enerji üçün deyil. Marsda neft yoxdur. Enerjinin yeganə real mənbəyi Günəşdir. Mask hazırda Marsın enerji infrastrukturunu bizim evlərimizin damlarında sınaqdan keçirir.
Boring Company: "Yer üzündə tıxac azdır ki, yerin altına girək?" - deyənlər yanılır. Marsın səthi ölümcül radiasiya ilə doludur, atmosferi demək olar ki, yoxdur. İnsanlar orada səthdə deyil, yeraltı şəhərlərdə yaşamalı olacaq. Mask isə Mars üçün lazım olan tunel texnologiyasını Las Veqasın altında real şəraitdə sınaqdan keçirir.
Starlink: Marsda fiber-optik kabel çəkmək mümkün deyil. Əgər Mars koloniyası Yer ilə əlaqə saxlayacaqsa, planetin ətrafını əhatə edən peyk rabitə şəbəkəsi olmalıdır. Starlink məhz bunun prototipidir.
Optimus robotlar: İnsanları Marsa göndərmək hələlik çox risklidir. Bəs o yeraltı şəhərləri kim tikəcək? Cavab sadədir. Radiasiyadan təsirlənməyən robotlar. Optimus robotları əvvəlcədən Marsa göndərilib, infrastrukturu qurmaq, tunellər qazmaq və koloniyanı insanlara hazır vəziyyətə gətirmək üçün nəzərdə tutulur.
İlon Mask Yer kürəsini nəhəng bir AR-GE laboratoriyasına çevirib. Bütün sistemlər burada qurulur, sınaqdan keçirilir və gələcəkdə Marsda tətbiq ediləcək.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Münasibətlərdə “2:2:2” qaydası - Bir-birinizə vaxt ayırmağın sadə yolu
-
"Kim belə fikir çatdırırsa, yalandır" - Aysel Əlizadə
-
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
-
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
-
Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər
-
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
-
Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)
-
Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir
-
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Panamada 7,6 ballıq zəlzələ oldu - dərslər dayandırıldı - Yenilənib - (Video)
-
Tramp Putinlə Rusiyanın dizel yanacağı barədə razılığa gəlib
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
-
Melike Şahin ana oldu - (Foto)
-
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib
-
Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - (Video)
-
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
-
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
-
Oğlu buna görə Fatimə ilə yaşamır
-
61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı
-
Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb
-
Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - (Foto)





