Telefonumuza nəzarət olduğunu göstərən əlamətlər - nə etməliyik?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər kibertəhlükələr artdığı üçün smartfonlara gizli nəzarət halları da müzakirə mövzusuna çevrilib.
Milli.Az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, müəyyən əlamətlər telefonda casus proqram və ya gizli müdaxilə ehtimalını göstərə bilər.
Aşağıdakı göstəricilərdən bir neçəsi cihazınızda müşahidə olunursa, diqqətli olmaq məsləhətdir.
Batareyanın tez boşalması
Telefon normal istifadə olunmadığı halda belə çox sürətlə enerji itirirsə, bu, arxa fonda gizli proqramın işləməsinə işarə ola bilər.
Cihazın həddindən artıq isinməsi
İstifadə etməsəniz belə, telefon öz-özünə qızırsa, gizli izləmə tətbiqləri sistem resurslarını istifadə edir ola bilər.
Mobil internet və Wi-Fi trafikin səbəbsiz artması
Heç bir ağır tətbiqdən istifadə etmədiyiniz halda trafikin kəskin yüksəlməsi məlumatların gizli şəkildə ötürülməsi ilə bağlı ola bilər.
Ekranın öz-özünə yanması və ya qeyri-adi davranışlar
Telefonun ekranı özbaşına işə düşür, tətbiqlər açılır və ya mesajlar göndərilirsə, bu, ciddi siqnal sayılır.
Naməlum proqramların peyda olması
Telefonda quraşdırmadığınız tətbiqləri görürsünüzsə, bu, casus proqramların gizli şəkildə yüklənməsi demək ola bilər.
Səs-küylü zənglər və ya müdaxilə hissi
Zəng zamanı qəribə səslər, xışıltı və ya gecikmə varsa, bu, xəttə müdaxilə olunduğunu göstərə bilər.
Telefonun yavaşlaması
Heç bir səbəb olmadığı halda cihazın kəskin şəkildə ləngiməsi arxa fonda işləyən naməlum proseslərin əlaməti ola bilər.
Nə etmək lazımdır?
• Şübhəli tətbiqləri silin
• Telefonu yenidən başladın və zavod parametrlərinə qaytarmağı düşünün
• Google və Apple hesablarınızı güclü parollarla qoruyun
• Rəsmi mağazalardan kənar tətbiq qurmamağa çalışın
• Mümkünsə, mütəxəssisə müraciət edin
Mütəxəssislər xəbərdarlıq edir ki, vaxtında tədbir görülməzsə, şəxsi məlumatlar, fotolar və mesajlar təhlükə altına düşə bilər.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Samsung telefonlarında müəmmalı mavi nöqtənin sirri
XƏBƏR LENTİ
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir





