Kibertəhlükəsizlik üzrə mütəxəssislər və texnologiya şirkətləri telefon və digər cihazların təhlükəsizliyi ilə bağlı vacib xəbərdarlıq ediblər. Onların sözlərinə görə, bir çox istifadəçi hələ də asan təxmin edilə bilən və zəif parollardan istifadə edir ki, bu da şəxsi məlumatların oğurlanmasına yol aça bilər.
Milli.Az xəbər verir ki, ən riskli parollar arasında aşağıdakılar yer alır:
123456
password
000000
qwerty
iliniz və ya adınız
telefon nömrəniz
Mütəxəssislər bildirirlər ki, bu cür sadə parolları qırmaq cəmi bir neçə saniyə çəkir və hakerlər üçün böyük çətinlik yaratmır. Xüsusilə telefonlar vasitəsilə bir çox fərdi məlumatlara, bank hesablarına və sosial media hesablarına çıxış əldə etmək mümkündür.
Tövsiyələr:
Güclü, unikal və mürəkkəb parollardan istifadə edin.
Hər hesab üçün fərqli parol təyin edin.
İki mərhələli identifikasiya sistemini (2FA) aktivləşdirin.
Müntəzəm olaraq parollarınızı yeniləyin.
Texnoloji təhlükəsizlik mütəxəssisi Elvin Məmmədov bildirir: "Ən böyük səhv sadə parollara güvənməkdir. İnsanlar düşünür ki, "məndə nə var ki, oğurlasınlar", lakin bu günkü reallıqda hamımız hədəf ola bilərik."
Fidan
Milli.Az