DİQQƏT: İnternetlə bağlı vətəndaşlara MÜRACİƏT EDİLDİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit genişzolaqlı internet xidmətlərindən istifadə edən vətəndaşları istifadə etdikləri "Wi-Fi" cihazlarını seçərkən diqqətli olmağa çağırıb.
İKTA-dan Milli.Az-a bildirilib ki, GPON (Gigabit Passive Optical Network) texnologiyası ilə yüksəksürətli internetdən tam yararlanmaq üçün düzgün "Wi-Fi" modem və ya marşrutlayıcının (Router) seçimi vacibdir.
"Bir çox istifadəçi internetin zəif işlədiyini düşünür, lakin problem internet xidmətində deyil, istifadə olunan köhnə və ya uyğun olmayan "Wi-Fi" avadanlığında ola bilər. İstifadəçilərə internetin keyfiyyətini və dayanıqlılığını təmin etmək məqsədilə ən son texnoloji tələblərə cavab verən 5-ci və 6-cı nəsil ("Wi-Fi 5" və "Wi-Fi 6") modem və marşrutlayıcılardan (Router) istifadə etmələri tövsiyə olunur. Belə ki, əgər abunəçinin GPON internet tarifi üzrə sürəti 100 Mbps ətrafındadırsa, ən azı "Wi-Fi 5" modemi istifadə etməsini, eləcə də daha yüksək performans, daha az gecikmə və eyni anda daha çox cihaz dəstəyi üçün isə "Wi-Fi 6" seçim etməsi məqsədəuyğundur.
Həmçinin avadanlıq seçimi edərkən onun hansı məkanda istifadə edilməsinə diqqət yetirilməli, eyni zamanda internetin istifadə məqsədləri də nəzərə alınmalıdır. Belə ki, yüksəkkeyfiyyətli videolara baxmaq, onlayn videooyunlar, sosial şəbəkələrdəki və internet üzərində olan canlı yayımlar, konfranslar üçün bəzi hallarda artıq "Wi-Fi 4" cihazları kifayət etmir.
Əgər daha yüksək sürət, gecikmənin az olması, həmçinin böyükölçülü "Smart TV", onlayn oyunlar, HD, 4K və daha keyfiyyətli canlı izləmələr istifadə olunan hallar, həmçinin eyni anda daha çox cihazın qoşulmasını təmin etmək üçün "Wi-Fi 5" və ya "Wi-Fi 6" cihazlarının istifadəsi tövsiyə olunur. Eləcə də "dual-band Wi-Fi" tipli son istifadəçi cihazlara üstünlük verilməsi daha faydalı ola bilər", - deyə İKTA-nın məlumatında bildirilir.
"Wi-Fi" modemini seçmək və "Wi-Fi 5" və "Wi-Fi 6" arasındakı fərqləri anlamaq üçün aşağıdakı təlimat təqdim edilib:
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





