Texnologiya

"Instagram"da yeniliklər var - 29 günə qədər...

21 Fevral 2025 08:06
Baxış: 563
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Instagram" sosial şəbəkəsi bir sıra yeniliklər tətbiq edib.

Milli.Az xəbər verir ki, yeniliklərdən biri istifadəçilərə məlumatların göndərilməsini 29 günə qədər əvvəlcədən planlaşdırmaq imkanıdır.

Digər yenilik isə dialoqun yuxarı hissəsində üçədək çatı sabitləmək fürsətidir.

Şirkət bu yenilikləri müxtəlif saat qurşaqlarında ünsiyyətin rahatlığını təmin etmək və aktiv qrup çatlarında mühüm məlumatların saxlanılmasını asanlaşdırmaq məqsədilə tətbiq edib.

Bundan əlavə, servis məlumatların 99 dilə tərcümə edilməsini dəstəkləyən xidməti təqdim edir. Həmçinin istifadəçilərə dostları QR kodların köməyi ilə qrup çatlarına dəvət etmək imkanı yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.