Texnologiya

"iPhone"un adı dəyişdiriləcək?

22 May 2024 11:52
Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"iPhone" və digər "Apple" məhsullarının yaradılması üzərində işləyən marketoloq Ken Seqall şirkətə öz smartfonlarının adını dəyişməyi təklif edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, vaxtilə "Apple"ın qurucusu Stiv Cobs tərəfindən işə cəlb olunub. Reklam agentliyinin kreativ direktoru olan Kenin "iPhone", "iPad" və digərlərinin adlarında "i" prefiksinin müəllifi olduğu ehtimal edilir.

Mütəxəssis jurnalistlərlə söhbətində bildirib ki, "Apple"ın bu addan ("iPhone"dan) imtina etməsinin vaxtı çatıb.

Onun sözlərinə görə, vaxtilə cihazların adlarındakı "i" hərfi onların internetlə işlədiyini göstərirdi. Marketoloq qeyd edib ki, hazırda bu hərfin mənası yoxdur, çünki bütün müasir qadcetlər internetə qoşulub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.