“Google” düşüncələrimizdən necə xəbərdar olur? – MARAQLI FAKTLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Rusiya məhkəməsi "Google"ni 15 milyon rubl və yaxud 165 min dollar həcmində cərimə edib. Səbəbsə çox sadədir. "Google" rusiyalı istifadəçilərin şəxsi məlumatlarını ölkə xaricinə çıxarıb və ictimailəşdirib. Təbii ki, şəxsi məlumatların hansısa ikinci və üçüncü şəxs tərəfindən icazəsiz ictimailəşdirilməsi qanun pozuntusu, şəxsi həyata müdaxilədir.
Bəs, "Google" bizim şəxsi məlumatlarımızı necə əldə edə bilir?
Milli.az xəbər verir ki, məsələyə ABŞ-ın "1452 Studio" şirkətinin baş mütəxəssisi Kəmalə Atak aydınlıq gətirib.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, "Google" yalnız axtarış sistemi olması ilk baxışdan yaranan təəssüratdır: "Google"un bilmədiyimiz bir çox funksiyaları var. Çoxlarımız bundan xəbərsizik. "Google" bizi bizdən yaxşı tanıyır. Məsələn, telefonumuza davamlı olaraq yerləşdiyimiz məkana uyğun müxtəlif reklam rolikləri və təkliflər gəlir. Bu da o deməkdir ki, şirkət bizi anbaan izləyir. Təsadüfi deyil ki, hazırda hüquq mühafizə orqanları istədikləri vətəndaşın yerini telefon vasitəsi ilə çox asanlıqla təyin edirlər.
Bəzən deyirlər ki, "Android" cihazlarında və "iPhone"larda "Google" xidmətləri məxfilik parametrlərində məkan tarixçəsini deaktiv etsəniz, sizi izləmək qeyri-mümkün olacaq. Lakin bu yanlış fikirdir. Daha doğrusu bu "Google"-un iddiasıdır. Reallıqda isə istənilən telefon, hətta "iPhone" belə sönülü olanda "Google"un axtarış sistemi aktiv olaraq qalır.
Bu da onunla bağlıdır ki, "Google" hər birimizdən hər an pul qazanır.
Biz elə düşünürük ki, axtarış sistemi pulsuzdur. Lakin bizə təklif olunan "pulsuz" xidmətin arxasında böyük pullar oynayır. Bu da "Google"nin reklam xidmətidir".
İKT mütəxəssisi onu da əlavə edib ki, "myactivity.google.com" ünvanında "Google" hesabınızın səhifələrində saxlanılan məkan markerlərini görə bilərik: "Baxmayaraq ki, onlar adətən bir neçə fərqli başlıq altında səpələnirlər, onların çoxunun məkanla əlaqəsi yoxdur. Keçən il biznes xəbər saytı "Quartz" aşkar etdi ki, "Google" bütün yerləşdirmə xidmətləri qeyri-aktiv olsa belə, yaxınlıqdakı mobil telefon qüllələrinin ünvanlarını toplayaraq "Android" istifadəçilərini izləyir.
Bəzi hallarda toplanmış materiallar ictimailəşdirilir.
Məsələn, ötən il Almaniyanın sabiq kansleri Angela Merkelin 2016-cı ildə isə yeni prezident seçilmiş Donalt Tramp barədə şəxsi məlumatları sosial şəbəkələrdə yayıldı. Təsadüfi deyil ki, "Google" və digər sosial platformalar birbaşa qlobal güclərlə çalışır. Əldə olunan bütün məlumatlar həmin ölkələrin xüsusi xidmət orqanlarına ötürülür. Həmin məlumatlardan necə istifadə etməyi isə xüsusi xidmət orqanları çox yaxşı bilir. Bir sözlə digər platformalar kimi "Google" bizə xidmət göstərməklə yanaşı, bizi çox yaxşı izləyir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
Dünyanın ilk alışqanlı smartfonu
-
Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
-
Nə "Samsung", nə də "iPhone" - Bu telefon dünyanın "ən yaxşısı" oldu
XƏBƏR LENTİ
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
Doğma Kəlbəcərdə olmaq hər birimiz üçün böyük qürur hissidir - Hikmət Hacıyev
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var





