Texnologiya

Gənclər arasında ən populyar telefon hansıdır?

28 Fevral 2023 07:48
Baxış: 1 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənclər arasında ən populyar telefonların "iPhone" olduğu müəyyən edilib. 

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, yeni Z nəsli ən müasir ünsiyyət üsullarının "Apple" smartfonlarında olduğunu düşünür. 

Məlumata görə, onlar daha çox SMS qorxusuna görə bu smartfonları seçir. Belə ki, Android platformasında geniş yayılmış SMS-ə  alternativ olaraq "iPhone"larda "iMessage" messenceri var. 

"iPhone"lardan ən çox 1996-cı ildən sonra doğulmuş Z nəslinin istifadə etdiyi bildirilir. Amerikada gənclər arasında smartfonun satışı ümumi telefonların üçdə birini təşkil edir. 30 yaşdan kiçik insanların isə 10 faizi "Samsung Galaxy"ə üstünlük verir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.