Texnologiya

"WhatsApp"dan növbəti yenilik

16 Fevral 2023 19:40
Baxış: 5 442
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" qrup söhbətləri üçün "Zəng Planlaşdırma" funksiyası üzərində işləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu xüsusiyyət sayəsində eyni qrupdakı "WhatsApp" istifadəçiləri əvvəlcədən zəng planlaşdıraraq onlayn görüş keçirə biləcəklər.

Aşağdakı ekran görüntüsündə göründüyü kimi, planlaşdırılan zəng qrup söhbətlərinin yuxarı sol tərəfindəki üç nöqtəli menyu vasitəsilə təyin olunacaq. Başlıq, tarix və vaxt bu sahədən müəyyən ediləcək. "WhatsApp" qrupunun istifadəçiləri əvvəlcədən təyin edilmiş bu zəng üçün vaxtlarını öncədən qura biləcəklər.

Yalnız qruplar üçün sınaqdan keçirilən xüsusiyyət "Android" üçün Beta 2.23.4.4 yeniləməsi ilə sınaqdan keçirilir. Onun stabil versiyaya nə vaxt gələcəyi hələ məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.