Fransa Prezidenti Emmanuel Makron Kiyevdə "İstəklilər koalisiyası" çərçivəsində görüşdən sonra Ukrayna lideri Vladimir Zelenskini qucaqlayıb və yanağından öpüb.
Milli.Az xəbər verir ki, görüntülərdə Makronun avtomobilə minməzdən əvvəl Zelenskinin kürəyinə mehribanlıqla vurduğu və yanağından öpdüyü əks olunur.
Fransa prezidenti də daxil olmaqla, Avropa liderlərinin görüşü Ukraynaya dəstək məsələlərinə həsr olunub.
Qeyd edək ki, Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Polşa və Böyük Britaniyanın baş nazirləri Donald Tusk və Keyr Starmer "İstəklilər koalisiyası"nın görüşü üçün Kiyevə səfər ediblər. /Publika.az
Milli.Az