Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı Qüvvələrinə aid C-130 təyyarəsinin qalıqlarının olduğu bölgəyə çatıb.
Milli.Az xəbər verir ki, Daxili İşlər Naziri Ali Yerlikaya paylaşdığı açıqlamada "Gürcüstan rəsmiləri ilə koordinasiya içində axtarış-xilasetmə işləri aparılır. Təyyarənin qalıqlarına saat 17:00 radələrində çatılıb. Şəhid olan hərbçilərimizə Allahdan rəhmət, ailələrinə və millətimizə başsağlığı diləyirəm." - deyə bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, təyyarə Azerbaycan sərhədindən təxminən 5 km məsafədə, Siqnaxi bölgəsi yaxınlığında qəzaya düşüb. Rəsmi qurumlar qeyd edir ki:
Təyyarənin radar əlaqəsi qəfildən kəsilib.
Təyyarə heç bir təcili siqnal göndərməyib.
Qəza ilə bağlı istintaq başlanıb.
Lalə Qüdrətova
Milli.Az





