İdman

Musleranın yerinə Avropanın danışdığı qapıçını istəyirlər

11 May 2025 13:11
Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray" klubunun cari mövsümün sonunda Fernando Muslera ilə vidalaşacağı gözlənilir.

"Sarı-qırmızılar" uruqvaylı qapıçını "İnter"də çıxış edən Yann Zommerlə əvəz etmək istəyir. Alisson və Yan Oblakla da maraqlanan "Qalatasaray" üçün təcrübəli çərçivə qoruyucusu daha real namizəd kimi görünür.

Milli.Az xəbər verir ki, bu barədə "İnterLive" portalı məlumat yayıb.

İstanbul təmsilçisi isveçrəli qapıçını 3 illik müqavilə ilə yoldan çıxarmaq istəyir.

Zommer "İnter" ilə müqaviləsi gələn ilin yayında başa çatır. O, cari mövsüm 46 oyunda meydanda olub və 20 görüşdə qapısında qol görməyib. //Offsideplus.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.