Dünya

Dəhşətli avtobus QƏZASI: 21 ölü, 30 yaralı - FOTO

11 May 2025 12:04
Baxış: 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şri-Lankanın mərkəzində sərnişinləri daşıyan avtobusun dərəyə aşması nəticəsində 21 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polis xəbər verib.

"Nuwara Eliya-Qampola əsas yolunda avtobus yoldan çıxıb və dərəyə düşüb", - deyə qeyd olunub. Qəzada ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Dövlətə nəqliyyat şirkətinə məxsus avtobusun Kataraqama ziyarətgahından Kuruneqala şəhərinə gedən 75 sərnişini daşıdığı bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.