“TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çərçivəsində “Planer” üzrə sınaq uçuşları keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ali məktəb tələbələrindən ibarət 19 komanda Hacıqabul aerodromunda planerlərin sonuncu sınaq uçuşunu həyata keçirib.
Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 - 29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində "Planer" müsabiqəsi üzrə sonuncu sınaq uçuşu baş tutub.
Qeyd edək ki, müsabiqədə Azərbaycan Milli Aviasiya Akademiyasından 12, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 3, Xəzər Universitetindən 2, Bakı Ali Neft Məktəbindən 1 və Azərbaycan Texniki Universitetindən 1 komanda müsabiqədə iştirak edib.
Komandalar hazırladıqları əfsanəvi "ASW 28" və "Walker Sky X8" planer modellərinin 100-150 m hündürlükdə verilən marşrut üzrə 5 dəqiqə ərzində avtonom rejimdə uçuşunu həyata keçiriblər.
Münsiflər heyəti qiymətləndirmə zamanı hava gövdəsi üçün nəzərdə tutulan avadanlıqların dizayn edilməsini, dəqiq telemetriyanı, proqramlaşdırmanı, avtonom uçuş mexanizmini, müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə müvafiq coğrafiya üzrə məlumatların toplanmasını və praktiki icrasını kritik seçim meyarları olaraq dəyərləndirəcəklər.
"TEKNOFEST Azərbaycan" festivalına vəsiqə qazanmış komandaların adları münsiflər heyəti tərəfindən 24 may tarixində elan ediləcək.
Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda "Teknofest" festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda "Teknofest" in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
"Teknofest" tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Instagram"da hekayənizi kimin izlədiyini artıq dərhal öyrənə bilərsiniz
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər
XƏBƏR LENTİ
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq






