ATU-dan dünya səhiyyəsində ilk - Hamilə qadın üzərində çətin cərrahi əməliyyat - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) daha bir unikal əməliyyata imza atılıb.
Milli.Az bildirir ki, ATU-dan Trend-ə verilən məlumata görə, universitetin 1-ci mamalıq-ginekologiya kafedrasının professoru Şahbaz Şahbazov tərəfindən İstmikoservikal çatışmazlıq diaqnozu olan hamilə qadın üzərində cərrahi əməliyyat həyata keçirilib.
Professor Ş.Şahbazovun sözlərinə görə, bu cür əməliyyatların uğurlu icrası Azərbaycanın səhiyyə sahəsinin inkişafından xəbər verir. O qeyd edib ki, bu əməliyyat təkcə Azərbaycanın deyil, həm də dünya səhiyyəsində yeni bir addımdır: "Təbii ki, Tədris Cərrahiyyə Klinikasının güclü bazası olmadan biz bu əməliyyatları icra edə bilmərik. Əməliyyat etdiyimiz qadın 5 ildir ki, ailəlidir. Xəstə bizə müraciət edəndə artıq beş dəfə hamiləliyi yarımçıq başa çatmışdı. Buna səbəb dölün bətndaxili inkişafının sona qədər yerinə yetirilə bilməməsi idi. Uşaqlıq bu dölü saxlamırdı, nəticə dölün itirilməsi olurdu. İstmikoservikal çatışmazlıq - uşaqlıq boynu çatışmazlığı dediyimiz xəstəlik nəticəsində döl tələf olurdu".
Professor Ş.Şahbazovun bildirdiyinə görə, yeganə yol tibdə yeni üsul tətbiq etmək olub: "Əlbəttə ki, tibb elminə, təcrübi vərdişərə əsaslanaraq, yeni bir addım atdıq. Xəstə ilə ciddi danışıqlar aparıldı, razılıq əldə olunandan sonra hamiləliyin 14-cü həftəsində hamilə uşaqlıq üzərində cərrahi əməliyyatı icra etdik. Süni şəkildə sfinktor yaratmalı idik ki, döl uşaqlıqdan xaric olmasın, bu dölü hamiləliyin sonuna qədər saxlaya bilsin. Biz dünya səhiyyəsində ilk dəfə olaraq, belə bir əməliyyatı icra etdik. Bu əməliyyatın icrası ondan ibarət oldu ki, süni şəkildə artıq həm autoplastika ilə, həm də sintetik materiallardan istifadə edərək, uşaqlıq və uşaqlıq boynu arasındakı məsafədə sfinktor yaratdıq. Və bu sfinktor qapalı şəkildə oldu".
Qeyd edək ki, xəstə üzərində əməliyyat çox riskli keçib. Hamiləlik müddətində xəstə həkim nəzarətində olub. Hamiləliyin 35-ci həftəsində 2300 qram çəkidə oğlan uşağı dünyaya gəlib. Hazırda həm qadın, həm də körpə özünü yaxşı hiss edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
XƏBƏR LENTİ
-
Sneyder bu kluba baş məşqçi təyin olundu
-
“Qrup liderliyini təmin etmək üçün qalib gəlməliyik” - Ayxan Abbasov
-
General qızı azadlığa buraxıldı - (Video)
-
Neslihan 9 il sonra “Kara sevda”dakı uşaqla görüşdü - (Foto)
-
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - (Video)
-
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
-
Demet Evgar saçları töküldüyü üçün imtahana pariklə gedibmiş
-
Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı
-
Sabah Ağdaşda qaz olmayacaq
-
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub - (Foto)
-
Lənkəranda şəhid anası vəfat etdi
-
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - (Foto)
-
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ermənistanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
Autizm xəstəsi olan uşaq məktəbə götürülmür - (Video)
-
Nəvəsinin andiçməsindən sonra itkin düşən şəxsin meyiti tapıldı - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - (Foto)
-
Türkiyədə helikopter qəzası - 4 hərbçi həlak olub - Yenilənib
-
Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir
-
Fernando Muslera karyerasını bitirir
-
Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti - (Video)
-
İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub - (Foto/Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - (Video)





