"Görməni təmin edən torlu qişanın..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada milyonlarla insan korluqdan əziyyət çəkir. Korluq görmə qabiliyyətinin itirilməsidir. Ətraf mühit haqqında informasiyanın 90 faizi gözlə alındığına görə görmənin zədələnməsi, itirilməsi həmin şəxslərə neqativ təsir edir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün torlu qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişanın patologiyası, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-oftalmoloq Aynurə Əliyeva görmə qabiliyyətinin tamamilə itirilməsinin əsas səbəbləri haqqında ətraflı məlumat verib.
Həkim-mütəxəssis qeyd edib ki, dünyada, həmçinin yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə əlaqədar olaraq yaranan korluq da geniş yayılıb: "Görməni təmin edən torlu qişanın, görmə siniri və makulanın zədələnməsi ilə müşayiət olunan xəstəliklər görmə qabiliyyətinin itirilməsi ilə nəticələnir. Xəstəliyin vaxtında aşkar olunması və müalicənin dərhal aparılması üçün maarifləndirici tədbirlərin mütəmadi həyata keçirilməsi vacibdir. Dünyada hər il görməsini itirənlərin sayı 45 min nəfər artır. Problemlə mübarizə durmadan davam etdirilərsə, həmin insanların 80 faizində problemin qarşısı alına bilər. Gözlərin müayinəsi və eynəklərlə təminat nəticəsində dünya əhalisinin 153 milyonunun həyatını dəyişmək mümkündür. Ümumdünya Səhiyyə Təşkilatı sadalananların reallaşacağını mümkün hesab edir. Ölkədə də görmə qüsurlarının qarşısının alınması üçün dövlət səviyyəsində mühüm tədbirlər görülür".
A.Əliyeva dünya əhalisinin 4 faizinin ciddi görmə qüsurlarından və ya görmə yoxluğundan əziyyət çəkdiyini bildirib. Qeyd edib ki, görmə problemləri olanların 19 milyonu uşaqdır: "Onlardan 1,5 milyon nəfəri tam korluqdan əziyyət çəkir. Görmə qabiliyyətinin itirilməsi uşaqların inkişafında, özünü formalaşdırmasında maneələr törədir. Problem sonradan görməsini itirənlərdə həyat keyfiyyətinə təsir edir, onların gündəlik aktivlikləri zəifləyir, asılılıq, psixoemosional pozuntular, depressiyalar yaranır, əmək fəaliyyəti itir, zədə və travmaların riskini artırır. Yaşla bağlı makula degenerasiyası, piqmentli retinitlər zamanı görməsini sonradan itirənlər üçün "bionik gözlər" ixtirası, tətbiqi üzrə müsbət nəticə verən araşdırmalar 1997-ci ildən aparılır. Retinal protez vasitəsilə elektrik impulsları gözə implantasiya olunmuş çipə verilir, sinir hüceyrələri stimulyasiya olunur və beyinə siqnallar ötürülür. Göz önündə isə xüsusi kameralı eynək yerləşdirilir. Mürəkkəb və bahalı texnika belə mexanizmlə xəstələri bir neçə saniyəlik görmə ilə təmin edir. Bionik gözdəki görmə sağlam bir gözün görməsi kimi olmasa da, heç görməyən xəstə üçün olduqca dəyərlidir. Xəstələrin görməsi kompüterdəki piksellər kimi və ağ-qara rəngdə olur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aviaşirkətdən xəbərdarlıq - Bu rəngli çamadanlardan uzaq durun
-
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
-
Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
-
Türkan Şoray bacıları ilə - (Foto)
-
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
-
Kənd toyuğu bahalaşdı - (Video)
-
Kriştiano Ronaldo sükutu pozdu
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
-
Elgün Rəsulova vəzifə verildi
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb





