Sağlamlıq

Bəzi ölkələrdə koronavirus xəstələrinin təxminən 15-20 faizində böyrəklərin funksiyasının pozulduğu müşahidə edilir

12 Noyabr 2021 23:45
0 Şərh     Baxış: 1 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, Qafqaz regionu böyrək daşı xəstəliyinin yayılma ocaqlarından biri hesab olunur. Azərbaycanda isə daha çox şimal və şimal-qərb bölgəsindən yaşayan vətəndaşlar böyrək daşı xəstəliklərindən əziyyət çəkirlər. Xüsusilə Quba, Qusar, Xaçmaz, Zaqatala və Qax rayonlarından böyrək daşları ilə bağlı müraciətlər daha çox olur. Doğrudan da, Qafqaz regionu bu xəstəliyin ən geniş endemik ocaqlardan biridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rauf Nağıyev nazirliyin instaqram hesabında canlı yayımlanan "Böyrək daşı xəstəlikləri" mövzusundakı çıxışında deyib.

Həkim-mütəxəssis, həmçinin yeni növ koronavirus (COVID-19) infeksiyasının da böyrəklərə təsirindən bəhs edib: "COVID-19 infeksiyası digər orqanlarda olduğu kimi, böyrəklərdə də müəyyən dəyişikliklərə səbəb olur. Bəzi ölkələrdə koronavirusa yoluxanların təxminən 15-20 faizində böyrəklərin funksiyasının pozulduğu müşahidə edilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.