Sağlamlıq

Koronavirusa yoluxanlarda aylar sonra meydana çıxan təhlükə - Türk həkim

1 Noyabr 2021 22:25
0 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da 740 xəstə üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, koronavirusa yoluxmuş insanlar aylar sonra koqnitiv (dərketmə və xarici informasiyaları mənimsəmək)kimi pozuntular yaşaya bilərlər.

Milli.Az sondakika.az-a istinadən xəbər verir ki, New York-da elmi araşdırma mərkəzində, virusla bağlı araşdırmada iştirak edən tibb mütəxəssisi Jacqueline Becker, insanların koronavirusa yoluxduqdan bir neçə ay sonra koqnitiv pozuntular yaşadığını aşkar edib.

Belə ki, virusa yoluxduqdan təxminən 7-8 ay sonra insanlarda qərar qəbul etmə, planlaşdırma, xatırlama, xatirələri yadda saxlamaqla bağlı problemlərinin olduğunu bildiriblər. Daha sonra psixiatr professor Dr. Helen Lavretski NBC News-a müsahibəsində bildirib ki, bu tip xəstələrin bəzilərində təfəkkür, yaddaş pozğunluğu, avtomobili idarə edərkən beyində çaşqınlığın olduğu məlum olub. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.