Sağlamlıq

Hər gün bir ədəd bu meyvədən yeməlisiz - Yapon alim

3 Yanvar 2022 20:40
1 Şərh     Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada insanın hər gün yeməli olduğu qidanın adı açıqlanıb.

Milli.Az xəbər verir ki, yapon tibbi nəşri Nixon Keydzay son elmi tədqiqata əsaslanaraq, avokadonun hər gün mütləq yeyilməli olduğu barədə yazıb.
Belə ki, bir ədəd avokado həmin gün metobolizmi və bağırsağın işini normallaşdırır.

Belə ki, amerikalı alimlər 163 pasiyent üzərində elmi araşdırma aparıblar.

Onlar iştirakçıları 2 qrupa bölüblər. Bu insanlar hamısının bədən çəkisi çox idi və hər gün kifayət qədər qida qəbul edirdilər.

Qrupun birinə gündə 175 qram, digərinə 140 qr avokado verilib.

Nəticələr göstərib ki, hər gün daha çox miqdar avokado yeyən qrup 20 qram daha çox monodoymuş yağ turşuları, 14 qram da artıq lif qəbul ediblər.

Tədqiqatın sonunda nəcisin analizi göstərib ki, avokado çox yeyən insanların bağırsağında faydalı bakteriyalar daha çoxdur, qanda xolesterin azdır, həzm və fermentasiya normaldır. Eləcə də bağırsaq iltihabı ikinci qrupdan daha azdır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.