Sağlamlıq

Prostatit, cinsi zəiflik, kişi sonsuzluğuna qarşı - Təbii məcun

4 Oktyabr 2021 22:49
0 Şərh     Baxış: 1 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balqabaq tumları kişi sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır.

Antioksidantlar və sinklə zəngin olan balqabaq tumları kişi cinsiyyət sisteminə çox müsbət təsir edir - kişi cinsiyyət hormonlarının ifrazını və spermatozoidlərin hərəkətliliyini artırır, prostat vəzinə iltihabəleyhinə təsir edir, prostat vəzidə mübadilə proseslərini yaxşılaşdırır, prostat vəzi xərçənginin qarşısını alır.

Milli.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, xalq təbabətində kişi sağlamlığını möhkəmləndirən bir çox reseptlər var. Onlardan biri balqabaq tumu ilə balın qarışığıdır.

Resept

Yarım kq təmizlənmiş balqabaq tumunu blenderdə əzin, 1 stəkan təbii bal əlavə edin, yaxşı qarışdırın.

Qarışıqdan hər səhər yeməkdən əvvəl 1 x.q. olmaqla qəbul etmək lazımdır. Bunu daim ildə 1 dəfə edin. /bakupost.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.