Sağlamlıq

Həkim-pediatr: Kiçikyaşlı uşaqlar xəstəliyi daha yüngül və simptomsuz keçirirlər

20 Avqust 2021 22:49
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdə müxtəlif virusların artması uşaqlar arasında da bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-pediatr Arzu Quliyeva xəstəliyin əlamətləri barədə danışarkən deyib: "Uşaqlar bu xəstəliyi ya simptomsuz, ya da yüngül simptomlarla keçirirlər. Əksər hallarda bu, yuxarı tənəffüs yollarının infeksiyası kimi özünü göstərir, yəni temperaturun yüksəlməsi, halsızlıq, burun axıntısı, öskürək və s. əlamətlər ola bilər. Uşaqlarda COVID-19 infeksiyası həm qastroenterit formada, yəni mədə-bağırsaq pozğunluğu, ishal-qusma əlamətləri, temperaturla yanaşı, həm də dəridə səpgilərlə müşahidə olunur. 10 yaşından yuxarı olanlar həssas qruplara aid edilir. Kiçikyaşlı uşaqlar isə xəstəliyi daha yüngül və simptomsuz keçirirlər".

Müalicələrin ev şəraitində və ya xəstəxanada aparılması xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Həkim-pediatr qeyd edib ki, xəstəlik böyüklərə nisbətən uşaqlarda daha yüngül keçsə də, ağırlaşma ehtimalını nəzərə alaraq, valideynlər müalicə müddətində çox diqqətli olmalıdırlar: "Uşaqlar risk qrupuna aiddirlər. Şəkərli diabet, böyrək, allergik asmatik xəstəliyi olanlar, xroniki xəstəlikdən, anadangəlmə ürək qüsurları və leykozdan əziyyət çəkənlər stasionar şəraitdə və həkim nəzarəti altında müalicə almalıdırlar. Evdə onlara qulluq edən valideyn maska taxmalı və otağın havasını tez-tez dəyişdirməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.