Sağlamlıq

Bu dərmanlar qaraciyəri zədələyir - XƏBƏRDARLIQ

1 Avqust 2021 18:46
0 Şərh     Baxış: 1 061
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq çəkidən qurtulmaq istəyənlər bəzən həll yolunu bitki mənşəli dərmanlarda axtarırlar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki,varaşdırmalara görə, bitki mənşəli dərmanlar şüursuz şəkildə istifadə edildikdə qaraciyərin zədələnməsinə səbəb ola bilər.

Arıqlamaq üçün bitki mənşəli dərman və ya qida əlavələri tətbiq edənlər xüsusi risk altındadır. Avstraliyalı alimlər qaraciyər xəstəliyindən əziyyət çəkən və müalicə alan xəstələr üzərində araşdırma aparıblar.

Araşdırmalara görə, bu dərmanlar şüursuz və özbaşına istifadə edildikdə qaraciyərə böyük ziyan vurur, ürək infarktı, ritm pozğunluğu, yüksək təzyiq, beyin qanaması və psixoloji problemlərə yol açır. Xəstəlik irəlilədiyi zaman qaraciyər nəqlinə də ehtiyac yarana bilər.

Mütəxəssislər sağlam şəkildə arıqlamağın balanslı pəhriz və idmanla əldə edilə biləcəyinə diqqət çəkirlər. Bundan əlavə, bol su içməyin vacibliyi vurğulanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.