Sağlamlıq

D vitamini yalnız günəş şüalarından yaranır?

25 İyul 2021 18:00
0 Şərh     Baxış: 1 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

A vitamini, kalsium və ya fosforla birlikdə bədəni soyuqdəymə, diabet, göz və dəri xəstəliklərindən qoruyan D vitamini sadəcə günəş şüalarından əmələ gəlmir, bunun üçün hərəkət etməlisiniz.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə pediatr Marina Mamaeva danışıb. O bildirib ki, bədənin D vitamini ehtiyacını ödəmək üçün həm böyüklər, həm də uşaqlar yalnız günəş vannası qəbul etməli deyil, açıq havada oyunlar daha faydalı olacaq.

"İnsanların bilmədikləri müəyyən şərtlər var. D vitamini bədəndə yalnız hərəkət edərkən əmələ gəlir. İnsanların çimərlikdə hərəkətsiz halda günəş altında uzanması tamamilə faydasız bir prosedurdur", - mütəxəssis "Zvezda TV"yə müsahibəsində deyib.

Mamaeva qeyd edib ki, D vitamini bədəndə toplana bilmədiyi üçün davamlı olaraq yeni axın tələb edir. Əsas məqsədi kalsiumun udulmasına kömək etməkdir. Və onun sələfi olan provitamin D gündə 30-40 dəqiqə günəş işığına məruz qaldığı zaman istehsal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.