Süd dişlərinin çürüməməsi üçün ona lap erkən vaxtdan qulluq göstərilməlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Körpələrin ilk dişləri təxminən 6-8 aylığından sonra çıxır. Bundan sonra onlarda dişlərin çürümə riski artır. Stomatoloqlar deyirlər ki, dişdə çürüyün yaranmasına əsas səbəb tez-tez və uzun müddət şəkərdən istifadə etmək, ağız gigiyenasına əməl olunmamasıdır.
Milli.Az bildirir ki, həkim-stomatoloq Fidan Aslanlı AZƏRTAC-a deyib: "Dişlərə qulluq süd dişlərindən başlayır. Gündəlik şəkər qəbulunun miqdarı 40-50 qramdan çox olmamalıdır. Şəkər təkcə qənddə, konfetdə, şirniyyat və tortda deyil, hər şeydə var. Əslində, yediyimiz şorbanın da tərkibində çox az miqdarda da olsa, şəkər var. Qida qəbulundan sonra ağızı yaxalamadıqda şəkərin təsiri yarım saata qədər qala bilər".
Körpələr və 12-18 aylıq uşaqlar arasında müşahidə edilən diş çürüklərinə "tez inkişaf etmiş uşaqlıq dövrü çürüyü" deyilir. Onun qarşısını almaq yolları barədə məlumat verən mütəxəssis deyib ki, ən geci 1 yaşınadək uşaq stomatoloquna müraciət olunmalıdır. Hər yeməkdən sonra uşağın ağzını tənziflə təmizləmək məsləhətdir. Dişlər görünməyə başlayandan sonra diş fırçasından istifadə etmək olar. Bu zaman həm də ağız su ilə yaxalanmalıdır. Daha çox yumşaq diş fırçalarına üstünlük verilməlidir.
"Arxa dişlərin 2,5-3 yaşında çıxdığını nəzərə alsaq, həmin vaxtdan uşağın diş fırçasından istifadə etməsi tövsiyə olunur, lakin valideynlər uşaqların dişlərinin təmizlik və sağlamlığını nəzarətdə saxlamalıdırlar", - deyə həkim-stomatoloq bildirib.
Çürük dişlərlə əlaqədar stomatoloqa az müraciət olunması üçün uşaqlara tərkibində rafinə olunmayan təbii meyvə, tərəvəz, paxlalı bitkilər, süd, pendir, qatıq və başqa süd məhsulları çox verilməlidir. Mümkün olduqca butulka əvəzinə fincandan istifadə etmək, əmzikdən uzaq durmaq məsləhətdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Enerjini azaldan gündəlik səhvlər
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
XƏBƏR LENTİ
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib





