Sağlamlıq

Beyni təmizləməyin effektiv yolları

20 İyun 2021 18:00
Baxış: 1 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yuxu zamanı beyin "toksinlərdən" təmizlənir, buna görə sağlam yuxu bütövlükdə bədənin sağlamlığı üçün son dərəcə vacibdir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış aparıcı və həkim Aleksandr Myasnikov teleqram kanalında söyləyib. Yuxu ilə əlaqəli yeni araşdırmalardan bəhs edən ekspert hazırda bu məsələ üzərində tədqiqatlar aparıldığını qeyd edib:

"Uzun müddət yatmalarına icazə verilməyən könüllülərdə kifayət qədər yatanlara nisbətən suda həll olan metabolitlərin "təmizlənməsində" əhəmiyyətli dərəcədə azalma olduğu üzə çıxıb".

Həkim yuxu çatışmazlığının ciddi xəstəliyə, xüsusən də beynin idrak funksiyasının azalmasına səbəb ola biləcəyini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.