Sağlamlıq

Yaxşı çörəyi necə seçək - Hansından alaq?

6 İyun 2021 23:00
Baxış: 1 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çörək bəslənməmizdə xüsusi yer verdiyimiz qidadır. Çörəyi yediyimiz qədər hansı növünü seçdiyimiz də önəmlidir.

Milli.Az xəbər verir ki, diyetoloq Aslıhan Küçük Budak bununla bağlı bəzi məlumatlar verib:

"Tam buğda unlu, çovdar, yulaf kimi tam taxıllı çörəklər dəmir, maqnezium, selenium, B vitaminləri ilə zəngindir və yüksək diyet lifli tərkibi ilə qan şəkərini normada saxlayar, uzun müddət toxluq hissi yaradar, bağırsaq hərəkətlərini və qan parametrlərini yaxşılaşdırar. Ağ çörək isə qan şəkərini yüksəldir və tez acmağa səbəb olur".

100 FAİZ TAM BUĞDA UNLU ÇÖRƏK

Bu çörəkləri alarkən 100 faiz tam buğda unundan olmasına fikir verin.

MAYALI TAM BUĞDA UNLU ÇÖRƏK

Turş mayalı çörək bağırsaq sağlamlığını qoruyur və həzmi dəstəkləyir. Bu cür mayalı çörəklər həm tam buğda, həm də ağ undan hazırlanır.

YULAF ÇÖRƏYİ

Yulaf çörəyi ümumi olaraq yulaf, tam buğda unu, maya, su və duzdan hazırlanır. Yulaf, xolesterolu aşağı edir, qan şəkərini normallaşdırır və yüksək təzyiqi aşağı etməyə kömək edən beta-glukan və magnezium, tiamin, dəmir və sink kimi faydalı bəsinlərlə zəngindir. Bu səbəblə yulaf çörəyi də sağlam bir seçimdir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.