Sağlamlıq

7 addımda artıq çəkiyə SON - Arıqlaya bilməməyinizin SƏBƏBLƏRİ

14 May 2021 23:55
Baxış: 1 826

Artıq çəki dövrümüzün əsas problemlərindən biridir. Hazırda müxtəlif pəhrizlər, diet proqramları var. Önəmli olan isə sağlam çəkiyə sahib olmaq və onu qorumaqdır.

Bir çox insanların çətinlik çəkdiyi nöqtə öz çəkilərini qorumaqdır. Əgər diet tutmağınıza baxmayaraq çəki verə bilmirsinizsə, səbəbləri müxtəlif ola bilər.

Milli.Az artıq çəkidən xilas olmağın bəzi yollarını təqdim edir:

- Kilo almanıza səbəb olan yemək vərdişlərinizi daha sağlam alternativlərlə dəyişdirin.
- Alış-verişdən tutmuş, yemək hazırlamağınıza qədər bütün vərdişlərinizi gözdən keçirin. Məsələn, alış-verişə çıxmazdan öncə nə bişirəcəyinizə qərar verin.
Menyunuza görə alış-veriş siyahınızı hazırlayın və bundan kənara çıxmayın. Evinizdə və ya iş masanızda sağlam qidalar olsun.
- Əlinizin altında alma, fıstıq kimi qidalar olduqda şokoladlardan, şirniyyatlardan uzaq qalmaq asanlaşacaq.
- Fiziki olaraq da özünüzə dəyər göstərməyi unutmayın. Yetərli saatda yatdığınızdan əmin olun. Stresdən uzaq qalın. Yoqa, meditasiya ilə məşğul olun. Unutmayın ki, az yuxu-çox stres insanı zərərli qidalanmağa yönləndirir.
- Psixoloji qidalanma davranışından qaçın. Özünüzü yaxşı hiss etmək ya da təsəlli etmək üçün yemək yesəniz, bunun fərqinə varın. Bu kimi zamanlarda, alternativ yollardan istifadə edin. Musiqi dinləyin, kitab oxuyun, duş alın və s.
- Qərarlı davam edərkən belə, hər insan bəzən dietdən kənara çıxa bilər. Belə vəziyyətlərdə özünüzə qarşı qəddar davranmayın. Pozitiv qalmaq, uğur qazanmaq önəmlidir.
- Əlbəttə, hərəkət etmək, idmanla məşğul olmaq da çox önəmlidir. Hər gün bir neçə dəqiqəlik yürüyüş belə sizdə dəyişiklik yarada bilər. /medicina.az

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.