Sağlamlıq

Pandemiya depressiyasından xilas edəcək qidalar - Bunları yeyin

28 Aprel 2021 23:15
Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dietoloqlar insanın ürəyinə sevinc hissələri gətirən, pis əhval-ruhiyyəyə qarşı efektiv təsirli və əhvalı qaldıran, depressiyaya qarşı qidaları açıqlayıb.

Milli.Az xəbər verir ki, əhvalı qaldıran qidalar içində 3 əsas qida liderdir: tünd qara şokolad, yumurta sarısı və yağlı balıq, balıq yağı.

Amerikalı dietoloq Culi Hodcson qara şokoladın sinir sistemini çox yaxşı sakitləşdirdiyini bildirib.

Eləcə də badam, keş, avokado yeyilməlidir.

Menyuda hər həftə skumbriya, losos kimi yağlı balıqlar olmalıdır. Eləcə də depressiya xəstələri Omeqa 3 lə zəngin balıq yağı qəbul etməlidir.

Yumurta sarısı D vitamini ilə zəngindir, beynin işinə müsbət təsir edir.

Antidepressant və əsəb sakitləşdirici dərman qəbul edən zaman mütləq proteinli qidaları artırmaq lazımdır.

Mal əti, hind quşu, toyuq və yanaşı olaraq göyərtini bol edin.

Yağlı şirniyyatı azaldın, əvəzinə çərəz, keş, badam yeyin, qara şokolad qəbul edin.

B qrup vitaminlərin qəbulunu artırın. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.