Sağlamlıq

Diş əti iltihabı COVID-19-dan ölüm riskini 9 qat artırır

28 Aprel 2021 22:55
Baxış: 1 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadalı mütəxəssislərin araşdırmasına görə, diş əti iltihabı koronovirusdan ölüm riskini 8.8 qat artırır.

Milli.Az xəbər verir ki, diş əti iltihabından koronavirus səbəbi ilə xəstəxanada yatma riski 3.5, süni nəfəs aparatına qoşulma riski isə 4.5 qat daha çoxdur.

Kanadalı mütəxəssislər diş əti iltihabı ilə koronavirus arasındakı əlaqənin olduğunu açıqlayıblar.

Diş əti iltihabı dişlər və diş ətləri arasında yığılan bakteriyaya bağlı olaraq ciddi bir infeksiya olaraq ortaya çıxır. Müalicə edilməyən insanlarda ağrılara və dişin itirilməsinə səbəb olur. İrəliləyən zamanlarda isə alt çənə sümüyünə ziyan edir.

Mütəxəssislər insanlara dişləri gündə iki dəfə fırçalamaqla, diş ipindən istifadə etməklə və ağız gigiyenasına nəzarət etməklə diş əti iltihabının qarşısına ala biləcəyinizi deyir.

Müalicə edilməzsə bütün orqanizmə yayıla bilər. Eyni zamanda, bu durum ürək problemləri, diabet və nəfəs xəstəliklərinə yol açar. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.