Sağlamlıq

Bel ağrısı olanlarda ölüm riski niyə yüksəkdir? - ARAŞDIRMA

10 May 2021 22:35
Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha çox qadınlarda bel ağrısı erkən ölümə səbəb olduğu araşdırılıb.

Milli.Az xəbər verir ki, ABŞ Boston Universitetinin alimləri yeni elmi araşdırmalarında qadınlarda daimi xroniki bel ağrılarının erkən əlilliyə səbəb olduğunu bildirib.

Alimlər 81 min nəfərin qatıldığı 11 elmi tədqiqatın nəticələrini analiz ediblər.
İştirakçıların tibbi məlumatları 23 il ərzində toplanmışdı

Məlum olub ki, beldə xroniki ağrılarla xəstənin erkən ölümü arasında əlaqə var və bu daha çox qadınlarda görülür.

Əgər qadında güclü bel ağrıları varsa, onun ömrü minimum 1,5 -2 il azala bilər. Əgər ağrı dözülməlidirsə, gəzmək, yüngül idmana mane olmursa, o zaman qadınlar fizioterapiya, idmanla ömürlərini uzada bilər.

Alimlər bu fenomeni onunla izah ediblər ki, beli xroniki ağrıyan qadınların fiziki aktivliyi azalır, gündəlik işlərini də görmür, depressiyaya düşür, gəzintiyə çıxmır, çəkisi artır və ürək-damar sistemi yüklənir. Nəticədə ölümə səbəb bel ağrısı birbaşa yox, ürək səbəb olur.

Beli ağrıyan yaşlı qadınlar bədən tarazlığını saxlaya bilmir, tez yıxılır. sınıqlara məruz qalır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.