Sağlamlıq

Türk professordan XƏBƏRDARLIQ: Bu şəxslər oruc tutmasın

19 Aprel 2021 20:40
Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli professor Birol Özer mədə-bağırsaq xəstəlikləri olan insanlara oruc tutmaqla bağlı bir sıra tövsiyələrini verib.

Milli.Az xəbər verir ki, professor bu xəstəliyi olan insanlarin oruc tutmazdan əvvəl həkimləri ilə məsləhətləşməli olduqlarını bildirib.

Professor oruc tutanlarda tutmayanlara nisbətdə qəbizlik, retrosternal yanma, halsızlıq, baş ağrısı və ağırlığın daha çox olduğunu və müalicəyə uyğunlaşma, mədə-bağırsaq şikayətlərində artım və qanaxmanın daha çox müşahidə edildiyini qeyd edib.

"Mədə-bağırsaq şikayətlərinin artmasında istehlak edilən qidaların tərkibi də rol oynayır. Tərkibində yüksək yağ olan qidalar sahur üçün uyğun deyil. Sahur yeməyində 70 faizdən çox karbohidrat istehlak etmək gündüz aclığa səbəb ola bilər. Şirin qidalar daha çox aclıq təsiri göstərir. Səhər saatlarında yüksək yağlı, qızardılmış qidaların istehlakı gün ərzində 1500 milliqramdan çox duz, 1000 Kkal-dan çox yemək və həddindən artıq fiziki aktivlik susuzluğu artırır. Susuzluq və aclığın qarşısını almaq üçün sahurda iki porsiyon meyvə-tərəvəz, tam buğda unundan çörək və kifayət qədər maye istehlak edilməlidir. Həddindən artıq şirniyyat yemək, yağın miqdarının 40 qramdan çox olması ağırlıq və şişkinlik hissinə səbəb olur. Qəbizliyin qarşısını almaq üçün lifli qidalar, tam taxıl məhsulları, çoxlu maye, meyvə və salat istehlak edilməlidir", - mütəxəssis qeyd edib.

İftarda yüksək həcmli qida qəbulunun mədə-bağırsaqla bağlı şikayətləri artırdığına diqqət çəkən Özer buna mədənin boş olduğu müddətdən sonra yağlı qidaların, xüsusilə də 45 qramdan çox yağ istehlakının səbəb olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, Ramazan ayında oruc tutanlarda mədə xorası xəstəliyinə daha çox rast gəlinir: "Xəstənin əvvəllər mədə şikayətləri varsa, müayinə olunmalı və müalicə edilməlidir. Mədə şikayətləri olanlar xəstəliyinin şiddətinə görə həkimləri tərəfindən tövsiyə olunan antasid dərmanlardan istifadə edə bilərlər. Helikobakter pilori pozitiv xorası olan şəxslərin Ramazandan əvvəl müayinə və müalicəsi tövsiyə olunur. Ülseratif kolit və ya Crohn xəstəliyi kimi iltihablı bağırsaq xəstəliyi olan şəxslərin isə xəstəliyin aktiv dövründə oruc tutmaları tövsiyə edilmir. Ancaq dərmanlarını mütəmadi olaraq istifadə etmələri şərtilə xəstəliyin azaldığı dövrlərdə oruc tuta bilərlər", - professor qeyd edib. (publika.az)

Ramazan.Milli.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.