"Üç həftədən çox davam edən öskürək astmanın xəbərçisi ola bilər".
Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Dr. Fulya Gürkan deyib.
O bildirib ki, həftələrlə davam edən öskürəyə laqeyd yanaşma ciddi fəsadlara yol açır:
"Astmanın meydana gəlməsində həm genetik, həm də ətraf ünsürlərinin rol oynayır. Əgər bir valideyn astma xəstəsidirsə körpə yüzdə 20-30, həm ana və həm də ata eyni xəstəliyə düçar olublarsa yüzdə 60-70 nisbətində astmalı ola bilər".
"Nəfəs darlığı olmadan yalnız öskürəklə seyr edǝn astma tipləri də mövcuddur. Uzun sürən və üç həftəni keçən öskürəkləri araşdırmaq tələb olunur", - deyə Gürkan xəbərdarlıq edib. (publika.az)
Milli.Az