Qadın əminliyi və Komfort!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əksər qadınlar üçün uşaqlıq yolunun selikli qişasının quruluğu özlərini azad hiss etməyə və həyatdan zövq almağın qarşısını alan bir problemə çevrilmişdir. Demək olar ki, hər ikinci qadın uşaqlıq yolunun quruluğu problemi ilə üzləşir və bu müxtəlif səbəblərdən yarana bilər. Daha çox rast gəlinən səbəblərə aiddir: preklimakterik və ya postklimakterik dövr, hamiləlik və ya doğuşdan sonrakı dövr, endometrioz və ya dərman preparatları ilə müalicədən sonra yaranan əlavə təsirlər.
Uşaqlıq yolunun quruluğu utancaqlıq mənbəyi ola bilər. Bu, bir qadının həkim və ya cinsi partnyoru ilə bu cür simptomları müzakirə etməsinə mane ola bilər. Lakin bu, bir çox qadına təsir edən adi bir hal hesab olunur. Qadınların 70% -i bunu yaşın təbii təzahür hesab edir, amma BU HEÇ DƏ BELƏ DEYİL!
UŞAQLIQ YOLUNUN QURU OLMASINI NECƏ TƏXMİN EDƏK?
Əgər qadın sağlamdırsa, müntəzəm cinsi həyat yaşayırsa və cinsi əlaqədən həzz alırsa, onda həmin qadın bir sıra xarakterik simptomlara əsasən uşaqlıq yolunda quruluğun olmasını asanlıqla təxmin edə bilər.
Aralıq nahiyəsində qaşınma və yanma hissinin olması. Bu qeyri-spesifik simptom olub, müxtəlif ginekoloji xəstəliklər zamanı da uşaqlıq yolunun quruluğu ilə yanaşı müşayiət oluna bilər.
Diskomfort və cinsi əlaqə zamanı ağrı hissinin olması. Belə bir vəziyyətdə həzzin ən üst səviyyəsinə çatmaq praktik olaraq mümkün deyil.
Menstrual sikldənkənar qanaxma. Spesifik simptom hesab olunmur, hətta ginekoloji orqanlarda yarana biləcək şişlərdən xəbər verə bilər, buna görə dərhal həkimə müraciət etmək lazımdır.
Cinsi həvəsin olmaması. Keçmişdə yaşanan mənfi təcrübə qadını müxtəlif bəhanələr gətirərək, partnyoru ilə cinsi əlaqəyə girməkdən imtina etməyə məcbur edir. Çox vaxt qadınlar cinsi həvəsin olmamasının uşaqlıq yolunun quruluğu ilə əlaqəli olduğunu anlaya bilmir.
Normal sidiyə getmədə yaranan pozğunluqlar. Əgər aralığın selikli qişası quru və iltihablıdırsa, onda sidiyə getmə zamanı diskomfort yarana bilər.
UŞAQLIQ YOLUNUN QURULUĞUNUN PROFİLAKTİKASI ÜÇÜN NƏYİ BİLMƏLİYİK
Heç kim zəmanət verə bilməz ki, yaş ötdükcə siz bu problemlə üzləşməyəcəksiniz, amma bu məqamı hər vaxt təxirə salmaq mümkündür. Uşaqlıq yolunda sürtkü çatışmazlığının bir maneəyə çevrilməməsi üçün aşağıdakı profilaktik tədbirlərə riayət edilməlidir:
- Sidik-cinsiyyət sisteminin yanaşı xəstəliklərindən vaxtında qurtulmaq.
- Əgər əvəzləyici hormonal terapiyanın aparılması tələb olunursa, müalicəyə laqeyd yanaşmamaq.
- İstifadə etdiyiniz kosmetik və gigiyenik məhsulların tərkibi ilə diqqətlə tanış olmaq, allergenlərdən uzaq olmaq.
- Qida rasionuna qadın orqanizminə faydalı təsir göstərən polidoymamış omeqa-3 yağ turşularını daxil etmək.
- Bol maye - su içmək.
- Sevdiyiniz partnyorunuzla sekslə məşqul olmaq.
Uşaqlıq yolunun quruluğu problemi olan qadınlar tərkibində nəmləndirici xüsusiyyətə malik olan təbii vaginal vasitələrdən istifadə edə bilər. Bu cür vasitələr uşaqlıq yolunun uzunmüddətli nəmlənməsini təmin edir, quruluğu effektiv aradan qaldırır, uşaqlıq yolundakı mikrotravma və çatların sağalmasını stimullaşdırır. Həmçinin bu cür vasitələr toxumaları bakteriya və infeksiyalardan müdafiə edən, təbii baryer rolunu oynayır. Zədələnmiş toxumaların çapıqlaşmasının qarşısını alır. Bu vəziyyətlər üçün apteklərdə müxtəlif vaginal vasitələr vardır. Hətta daha gigiyenik olması baxımından, birdəfəlik istifadə olunan vasitələr də mövcuddur. Onlar gigiyena cəhətdən rahatlıqdan əlavə, çantanızda daşımaq üçün də əlverişlidir. Eyni zamanda siz bir neçə ədəd gündəlik doz vaginal vasitədən alıb, sizə nə dərəcədə uyğun olub olmamasına da baxa bilərsiniz. Bu daha ekonomik olacaqdır.
Əziz qadınlar, siz hər yaşda sağlamlıqdan və cinsi əlaqədən (seksdən) zövq ala və parlaq cinsi həyat qura bilərsiniz. İmkan verməyin ki, uşaqlıq yolunun quruluğu sizi bundan məhrum etsin!
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.00000 saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
XƏBƏR LENTİ
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif





