Sağlamlıq

Hacettepenin professorundan ŞOK AÇIQLAMA: virus uşaqlarda daha çox...

29 Mart 2021 20:50
Baxış: 845
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Mutant virus daha çox 0-9 yaş qrupuna təsir edir".

Milli.Az xəbər verir ki, bunu Türkiyənin Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəliklər Şöbəsinin müdiri professor Mehmet Ceyhan deyib.

Onun sözlərinə görə, artıq 5 ölkədə koronavirus mutantlarının daha çox uşaqlara yoluxduğuna rast gəlinib və xüsusilə, 0-9 yaş qrupunda xəstəlik sayında artım var.

Qrip və mövsümi qripə yol açan 2 mutant virus olduğunu ifadə edən professor bildirib ki, onlardan biri H1N1, digəri H3N2-dir: "H1N1 İspan qripində ortaya çıxdı, ancaq həyatımızdan getmədi. Digəri isə Asiya qripindən əmələ gəldi və hələ də dövriyyədədir. Bir il bir növ daha çox yayılır, o biri il digəri. H3N2, əsasən, yaşlıları təsir edir, H1N1 isə uşaqları və gəncləri yoluxdurur, ölüm və qadınlarda düşük nisbətini artırır. Lakin H3N2 bu qədər təsir etmir".

Koronavirus mutasiyasında da oxşar bir vəziyyət olduğunu söyləyən M.Ceyhan qeyd edib ki, bunların hamısı müşahidələr nəticəsində müəyyənləşdirilib, səbəbi izah edilmir: "Ardıcıl 5 ölkə mutant virusu olan xəstələrin, xüsusilə, 0-9 yaş qrupundakı kiçik uşaqlar olduğunu bildirib". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.