Sağlamlıq

Onların ikinci dəfə koronavirusa yoluxma riski yüksəkdir

26 Mart 2021 19:15
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

65 yaşdan yuxarı şəxslərin koronavirusa yenidən yoluxma riski yüksəkdir.

Milli.Az xəbər verir ki, bu barədə danimarkalı alimlər məlumat yayıb. Alimlərin araşdırmalarının nəticələri "Lancet" jurnalında yayımlanıb.

Tədqiqatçılar qeyd ediblər ki, ümumi cəmiyyətdə COVID-19-a qarşı qorunma 80%-dir. 65 yaşdan yuxarı insanlarla bağlı vəziyyətə gəldikdə, bu rəqəm təxminən 47 faizə düşür. Bu da o deməkdir ki, yaşlı insanlarda koronavirusa yoluxma riski daha yüksəkdir.

Alimlər onu da qeyd edib ki, bədənin təkrar infeksiyadan qorunması üçün ən etibarlı tədbir əhalinin bütün qruplarının peyvənd edilməsidir.

Yaşlılara vurulan peyvəndlər daxil olmaqla, dərmanların təsirli və təhlükəsiz olduğu göstərilib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.