Sağlamlıq

Görmə qabiliyyətini 3 dəqiqəyə yaxşılaşdıran üsul

28 Fevral 2021 23:55
Baxış: 6 031
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oftalmoloq Rui Hiramaç görmə qabiliyyətini yaxşılaşdırmağın yolunu açıqlayıb. Onun sözlərinə görə, bunun üçün mütəmadi olaraq göz gimnastikası etmək lazımdır.

Milli.Az xəbər verir ki, həkim birinci metod kimi fərqləri tapmaq üçün xüsusi nümunələr olan Qabor məşqlərini tövsiyə edib. Onlar gündə yalnız üç dəqiqə edilməlidir. İlk fərq iki həftədən sonra nəzərə çarpacaq.

İkinci metod termoterapiyadır. Bir dəsmalı isladın və mikrodalğalı sobada 30-40 saniyə qızdırın. Onu bağlı göz qapaqlarına qoyun və soyuyana qədər gözləyin.

Üçüncü üsulda həkim ispanaq yeməyi təklif edib. İspanaq katarakt və makula degenerasiyasının qarşısını aldığı üçün rasiona daxil edilməlidir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.