Sağlamlıq

Dietoloq zəncəfilin düzgün istifadə yollarını izah etdi

4 Noyabr 2023 22:35
Baxış: 912
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dietoloq Mariya Çernyayeva zəncəfilin düzgün istifadə yollarından bəhs edib.

Milli.Az xəbər verir ki, o bildirib ki, bu məhsul istənilən formada istifadə edilə bilər.

Quru zəncəfilin faydalı xüsusiyyətlərindən danışan dietoloq onun antibakterial və antiparazitar təsir göstərdiyini izah edib. Həkim əlavə edib ki, zəncəfil hətta şirniyyat və şəkərli meyvələr şəklində də sağaldıcı gücünü qoruya bilir.

Eyni zamanda mütəxəssis bir dəfəyə 80-100 qramdan çox zəncəfil istifadə etməməyi məsləhət görüb. Bu məhsulun qandurulaşdırıcı təsir göstərdiyini, odur ki, öd kisəsi xəstəliklərində mənfi təsir göstərə biləcəyini qeyd edib. Dietoloq qandurulaşdırıcı dərmanları qəbul edərkən zəncəfildən imtina etməyi tövsiyə edib.

Xatırladaq ki, amerikalı alimlər zəncəfil çayının xolesterin səviyyəsini aşağı saldığını, xərçəng riski daxil olmaqla müalicəvi xüsusiyyətlərə malik olduğunu bildirib. Bundan əlavə, içki oynaq ağrılarını aradan qaldırmağa qadirdir. Çoxsaylı tədqiqatların nəticələrinə görə, zəncəfil bitkinin kökündə olan ginqerol maddəsi sayəsində xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.