Sağlamlıq

Maskanı belə taxdıqda, gözlər korlanir

11 Dekabr 2020 22:49
Baxış: 1 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Üzə möhkəm yapışmayan maska ​​göz quruluğuna və görmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilər".

Milli.Az xəbər verir ki, Moskva poliklinikasının baş həkimi Denis Serov bildirib.

Onun sözlərinə görə, maska üzə möhkəm yapışmayanda tənəffüs prosesində çıxan hava əsasən yuxarıdan çıxır və göz yaşı plyonkasının vaxtından əvvəl buxarlanmasına səbəb olur.

"Bu vəziyyət, bir qayda olaraq, narahatlıq şəklində hiss olunur və bir çox hallarda görmə kəskinliyinin azalmasına və hətta korneanın (gözün şəffaf təbəqəsinin) zədələnməsinə səbəb ola bilər", - mütəxəssis vurğulayıb.

O, birdəfəlik maskanı ​​iki-üç saatdan çox olmamaq şərtilə üzə yaxşı oturdulmuş formada geyməyin zəruri olduğunu qeyd edib. Gözdə problem yarandıqda həkim təbii göz damcılarına əsaslanan nəmləndirici damcılardan istifadəni tövsiyə edib, görmə qabiliyyətinin getdikcə pisləşməsi halında isə təcili olaraq ixtisaslaşmış yardıma müraciət etməyin zəruri olduğunu bildirib. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.