Sağlamlıq

Pandemiya şəraitində evdə hansı dərmanlar saxlanılmalıdır? - professor AÇIQLADI

14 Dekabr 2020 23:45
Baxış: 2 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Xaqlar Dostluğu Universitetinin Ümumi və Kliniki farmakologiya kafedrasının rəhbəri, professor Sergey Zıryanov pandemiya zamanı koronavirusla bağlı ehtiyat görməyin lazım olduğu preparatların adlarını açıqlayıb.

"Hər şeydən əvvəl bədənin hərarətini azaldan preparatlar əlinizin altında olmalıdır", - Zıryanov deyib. Milli.Az bildirir ki, o, əsasən "parasetamol"u məsləhət görüb.

Həkim əlavə edib ki, həmçinin buruna damızdımaq üçün nəzərdə tutulan dərmanları da almaq olar.

Bu halda mütəxəssis antibiotikləri almaqdan çəkinməyi məsləhət görüb. O, qeyd edib ki, antibiotiklərdən istifadə üçün həkim tərəfindən göstəriş olmalıdır.

Sergey Zıryanov həmçinin antivirus preparatlarını özbaşına qəbul etməməyə çağırıb. Çünki onlar "bir çox arzu edilməyən reaksiyalara malikdirlər".

Həkim eləcə də D vitaminindən də lazımsız yerə istifadə etməməyi tövsiyə edib. Onun sözlərinə görə, D vitamininin orqanizmdə normadan artıq olması damarların zədələnməsinə, böyrək çatışmazlığına və başqa problemlərə gətirib çıxara bilər. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.