Antibiotiklərdən yalnız həkim təyinatı ilə istifadə edilməlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Pandemiya dövründə antibiotiklərdən yanlış istifadə aktuallıq kəsb edir. Təəssüf ki, ölkəmizdə də yeni növ koronavirusa (COVID-19) yoluxan xəstələrin bir çoxu evdə həkim məsləhəti olmadan həmin dərmanları qəbul edirlər. Həkim-terapevt bildirir ki, virusla bağlı şikayətlərdə simptomların müddəti 5-7 gün, bəzən də üç həftəyədək davam edə bilər. Əlamətlərin şiddətli olması da antibiotik istifadəsi üçün səbəb deyil.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzi Gömrük Hospitalı reanimasiya və anesteziologiya şöbəsinin rəisi, reanimatoloq Tural Sadıqov deyib: "Xəstədə koronavirusla yanaşı digər bakterial infeksiyalar baş qaldırır, həmin xəstəliklərin ağırlaşmasının qarşısını almaq üçün antibiotiklərdən istifadə tibbi göstəriş olur və onu təyin edirlər. Bundan əvvəl təyin olunan antibiotiklər həm immun sisteminin zəifləməsinə, həm də orqanizmdə şərti patogen bakteriyaların ona qarşı dözümlülüyünün yaranmasına aparıb çıxarır. Bu da xəstəliyin ağırlaşması zamanı həmin dərman preparatından istifadənin səmərəsizliyinə, nəticədə xəstəliyin daha da ağırlaşmasına səbəb olur".
Bəzən uşaqlarda xəstəliyin simptomları ağır olur, qızdırma yüksəlir və bir neçə gün davam edir. Bu zaman valideynlər çıxış yolunu antibiotiklərdən istifadədə görürlər. Həkim-pediatr Nigar Mirzəyevanın dediyinə görə, preparatın qəbulu zamanı valideynlər bəzi məqamlara diqqət yetirməlidirlər: "Antibiotiklərin verilmə dozası və müddəti böyük əhəmiyyət kəsb edir. Onların bəzisi 3, bəzisi 10 günə qədər istifadə edilə bilər və bu, onun növündən asılıdır. Bəzən antibiotiklər təyin ediləndən bir müddət sonra simptomlar aradan qalxan kimi onun dozasını azaldır və dayandırırlar. Əslində bu, ən böyük yanlışlardan biridir. Bu, çox vaxt orqanizmdə məhv olmayan mikrobun antibiotikə qarşı daha rezistent, yəni daha dayanıqlı hala gətirilməsinə səbəb olur".
Antibiotiklərin ən ciddi əks təsirlərindən biri anafilaktik şokdur, həmçinin həmin preparatlardan uzunmüddətli istifadə ağciyər və böyrək çatışmazlığına səbəb ola bilər. Ona görə də xəstəliklə əlaqədar hər hansı narahatlıq zamanı vaxtında həkimə müraciət edilməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
XƏBƏR LENTİ
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki





