Sağlamlıq

Gələcəkdə xərçəngə çevrilə bilən xəstəliklər

1 Yanvar 2024 14:50
Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi xəstəliklər vardır ki, müalicə olunmadıqda və dərinləşdikdə xərçəng epitellərinə çevrilir.

Milli.Az xəbər verir ki, həkimlər xərçəngi yarandıqdan sonra yox, risk faktoru olanda yaxalamaq lazım gəldiyini bildirir.

Bunun üçün hansı risk qrupuna daxil olduğunu, orqanizmində nələr olduğunu bilməlisiz.

Hepatitlər, VPÇ papilomaları, mədə, bağırsaqda qastrit, xora, bağırsaqda iltihabi proseslər, poliplər, ağciyərlərdə xroniki obstruktiv xəstəliklər gələcəkdə onkoloji müstəviyə keçə bilər.

Hepatit və papilomaya görə peyvənd olunmaq mümkündür. Bu qaraciyər və qadınlarda uşaqlıq boynu xərçəngini minimuma endirir.

Belə bir imkanı tibb yaradırsa, niyə istifadə etməyək?

Mədədə kiçik qastrit yara var deyə keçməyin. Onu vaxtında müalicə edin. Qastriti olan insan acı, istiot, aqressiv qida yeməməlidir.

Ağciyərləri qorumaq üçünsə siqaretdən imtina və idman lazımdır.

Onkoloji xəstəliklər içərisində ən aqressivi də ağciyər xərçəngidir.

Nəinki siqaret çəkmək, onu kənardan udmaq, eləcə də manqal, ocaq tüstüsü də bu xəstəliyə səbəb ola bilir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.